Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Dövlət satınalmalarının auditində avtomatlaşdırılmış qiymətləndirmə tətbiq olunacaq - BBN

Dövlət satınalmalarının auditində avtomatlaşdırılmış qiymətləndirmə tətbiq olunacaq

Azərbaycanda dövlət satınalmaları üzrə audit prosesində avtomatlaşdırılmış qiymətləndirmə mexanizminin tətbiqi nəzərdə tutulur.

Bu barədə Hesablama Palatasına istinadən məlumat verilib.

Bildirilib ki, Palatanın sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə dövlət satınalmalarının auditində diqqətə alınmalı məqamlara dair iclas keçirilib. İclasda Hesablama Palatasının kollegiya üzvləri və struktur bölmələrinin əməkdaşları iştirak ediblər.

İclasda ilk olaraq dövlət satınalmalarının auditinin planlaşdırılması və həyata keçirilməsi mərhələlərində qiymətləndirilməli əsas məsələlərə dair təqdimat nümayiş etdirilib. Dövlət satınalmalarının qanuniliyi, səmərəliliyi və nəticəliliyi ilə bağlı müzakirələr aparılıb.

Daha sonra Palatanın aparat rəhbəri və Dövlət auditinin rəqəmsallaşdırılması və informasiya infrastrukturunun idarəedilməsi şöbəsinin əməkdaşı dövlət auditinin rəqəmsallaşdırılması istiqamətində görülən işlərin mövcud vəziyyəti barədə məlumat veriblər.

Qeyd olunub ki, müxtəlif informasiya sistemlərinə, o cümlədən dövlət satınalmaları ilə bağlı sistemlərə daxil edilən və ötürülən məlumatların müəyyən meyarlar əsasında avtomatlaşdırılmış şəkildə emalı və qiymətləndirilməsi nəzərdə tutulur.

İclasın sonunda Palatanın sədri dövlət maliyyə nəzarətinin səmərəliliyinin artırılması, dövlət auditinin rəqəmsallaşdırılması istiqamətində işlərin genişləndirilməsi və dövlət satınalmalarının auditi üzrə metodiki sənədin təkmilləşdirilməsi ilə bağlı Kollegiya üzvlərinə və struktur bölmə rəhbərlərinə müvafiq tapşırıqlar verib.

V.Gülməmmədov növbəti iclasda dövlət büdcəsinin icrası, eləcə də sifarişçi təşkilatların ayrı-ayrı layihələri üzrə dövlət investisiyalarının icrasının təhlili ilə bağlı məsələlərin müzakirə ediləcəyini qeyd edib.

Related posts

Azərbaycanda 2 ayda 85 mindən çox “ASAN İmza” sertifikatı verilib

Vergi xidmət mərkəzlərində 2 ayda 107 mindən çox şəxs qəbul edilib

“Aznet Technologies” nizamnamə kapitalını 6 milyon manat azaldıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı