Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Dövlət Statistika Komitəsi tərəfindən İnzibati Ərazi Bölgüsü Təsnifatı yenidən hazırlanmışdır - BBN

Dövlət Statistika Komitəsi tərəfindən İnzibati Ərazi Bölgüsü Təsnifatı yenidən hazırlanmışdır

Azərbaycan Respublikasının “Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” 2020-ci il 12 iyun tarixli 128-VIQ nömrəli, “Azərbaycan Respublikasının Xocavənd rayonunun Vəng kəndinin Çinarlı kəndi adlandırılması haqqında” 2020-ci il 27 oktyabr tarixli 190-VIQ nömrəli, “Azərbaycan Respublikasının Xocalı rayonunun Quşçubaba kəndinin Baharlı kəndi adlandırılması haqqında” 2020-ci il 20 noyabr tarixli 196-VIQ nömrəli, “Azərbaycan Respublikasının Xocavənd rayonunun Tsakuri kəndinin Hünərli kəndi adlandırılması haqqında” 2020-ci il 20 noyabr tarixli 197-VIQ nömrəli, “Azərbaycan Respublikasının Şamaxı rayonunun Saqiyan kəndinin Günəşli kəndi adlandırılması haqqında” 2020-ci il 15 dekabr tarixli 212-VIQ nömrəli, “Naxçıvan Muxtar Respublikasının Şərur və Sədərək rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” 2021-ci il 23 fevral tarixli 275-VIQ nömrəli, “Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” 2022-ci il 4 mart tarixli 492-VIQ nömrəli, “Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında” 2023-cü il 05 dekabr tarixli 1043-VIQ nömrəli və “Azərbaycan Respublikasının Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Qubadlı, Laçın və Şuşa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” 2023-cü il 05 dekabr tarixli 1044-VIQ nömrəli qanunlarına uyğunlaşdırmaq məqsədilə müvafiq dəyişikliklər edilmiş və Azərbaycan Respublikasının Milli Məclisinin Aparatı ilə razılaşdırılmaqla hazırlanmış “İnzibati Ərazi Bölgüsü Təsnifatı, 2024” Dövlət Statistika Komitəsi kollegiyasının 2024-cü 16 fevral tarixli 2/2 nömrəli qərarı ilə təsdiq edilmişdir.

Dəyişikliklər nəzərə alınmaqla hazırlanmış “İnzibati Ərazi Bölgüsü Təsnifatı, 2024”ün elektron versiyasını https://stat.gov.az/menu/5/classifications/source/Inzibati-5.02.2024.pdf linkindən əldə edə bilərsiniz.

Təsnifatla bağlı hər hansı sual yaranarsa, Dövlət Statistika Komitəsinin Keyfiyyətin idarə edilməsi və metaməlumatlar şöbəsi ilə (telefon: 377 10 70, 22-01) əlaqə saxlaya bilərsiniz.

Related posts

Azərbaycan bankları BƏƏ-nin “Jisr” multi-CBDC platforması ilə bağlı müzakirələr aparıb

Hökumət Azərbaycanda ərzaq idxalının artmasının səbəblərini açıqlayıb

Səyahət planlarını Yelo App-ə həvalə et!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı