Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Dünya Bankının nümayəndə heyəti ilə görüşüb

Fevralın 26-da Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Dünya Bankının nümayəndə heyəti ilə görüşüb.

Dünya Bankının Azərbaycan üzrə Ölkə Meneceri Navid Naqvi, Bankın Azərbaycan üzrə İcraçı Direktorunun müşaviri Namiq Nağdəliyev və ekspertlərin iştirak etdiyi görüşdə Dövlət Statistika Komitəsi ilə Dünya Bankı arasında gələcək əməkdaşlığın prespektivləri müzakirə olunub.

Sonra Dünya Bankının ekspertləri tərəfindən Dövlət Statistika Komitəsinin əməkdaşlarına Avropa və Mərkəzi Asiya ölkələrinin təcrübələri əsasında maliyyə sisteminin təkmilləşdirilməsinə və biznesin inkişaf strategiyalarına dair təqdimat nümayiş  etdirilib.  

Related posts

Energetika naziri Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı