Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Riqada keçirilən beynəlxalq tədbirdə iştirak edir - BBN

Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Riqada keçirilən beynəlxalq tədbirdə iştirak edir

2023-cü ilin 26-28 sentyabr tarixlərində Latviyanın paytaxtı Riqa şəhərində Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələrinin milli statistika qurumlarının rəhbərləri üçün “Statistika sisteminin modernizasiyası” mövzusunda Yüksək Səviyyəli Seminar keçirilir. Tədbirdə ölkəmizi Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov təmsil edir.

Tədbirdə Şərq Tərəfdaşlığı və Mərkəzi Asiya ölkələrində son illərdə statistika sahəsində əldə edilmiş nailiyyətlər, statistika işlərinin təşkili sahəsində baş vermiş dəyişikliklər, məlumat mübadiləsində informasiya texnologiyalarının tətbiqi, rəsmi statistikada fərdi məlumatların rolu, inzibati məlumatlar və yeni məlumat mənbələri, məlumatların yayılmasında yeni strategiyalar və kommunikasiyalar, müasir statistikanın inkişafı üçün biliklərin aşılanması və artırılması, innovasiyaların təşkili və təşviqi və s. məsələlərlə bağlı məruzələr dinlənilir, təqdimatlar edilir, müzakirələr aparılır.

Tədbirdə çıxış edən Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov son bir ildə Komitə tərəfindən rəsmi statistik məlumatların müasir tələblərə uyğun hazırlanması, statistik potensialın gücləndirilməsi, rəsmi statistikada keyfiyyətin təmin olunması sisteminin təkmilləşdirilməsi və inkişafı, MİCS sorğusu, 2025-ci ildə ölkəmizdə keçiriləcək kənd təsərrüfatının siyahıyaalınmasına, statistik olimpiadaya hazırlıq, Dayanıqlı İnkişaf Məqsədləri üzrə məlumatların istehsalı barədə ətraflı məlumat verib.

Səfər zamanı Dövlət Statistika Komitəsi ilə tərəfdaş ölkələrin statistika qurumları arasında mövcud əlaqələrin genişləndirilməsi və qarşılıqlı əməkdaşlıq perspektivlərinin müzakirə edilməsi də nəzərdə tutulub.

Related posts

Azərbaycanın turizm imkanları Türkiyədə keçirilən beynəlxalq sərgidə təqdim olunur

Fevralda Səyyar ASAN-ın xidmət göstərəcəyi ünvanlar

“AzerGold”un qızıl və gümüş sikkələri ilk dəfə World Money Fair beynəlxalq sərgisində nümayiş olunub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı