Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Dövlət vergi orqanlarına işə qəbul müsabiqəsinin test imtahanı keçirilib - BBN

Dövlət vergi orqanlarına işə qəbul müsabiqəsinin test imtahanı keçirilib

Noyabr ayının 5-də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Dövlət İmtahan Mərkəzi ilə birlikdə DVX-də hüquq və digər ixtisas sahələri, o cümlədən Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində istintaq, təhqiqat, əməliyyat-axtarış və hüquq sahələri üzrə vakant vəzifələrə işə qəbulla bağlı sayca 19-cu test imtahanı keçirib. Test imtahanında ümumilikdə 2392 nəfər iştirak edib. Namizədlər iqtisadiyyat və hüquqşünaslıq ixtisasları ilə yanaşı digər ixtisas istiqamətlərini də əhatə edib.

Test imtahanına namizədlərin daha yaxşı hazırlaşmasına imkan yaratmaq məqsədilə müsabiqənin test imtahanı mərhələsinin suallarını özündə əks etdirən ədəbiyyat siyahısı və sual nümunələri DVX-nin rəsmi internet səhifəsinin (www.taxes.gov.az) “Ədəbiyyat siyahısı və test tapşırığı nümunələri” bölməsində yerləşdirilib. Test imtahanının sualları DVX-də hüquq, digər ixtisas sahəsi və Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə işə qəbul olmaqla 3 kateqoriyaya bölünüb. İmtahanda namizədlərə 100 sual təqdim olunub, hər imtahan sualı 1 balla qiymətləndirilib.

Ümumilikdə 3 saat davam edən test imtahanının nəticəsində 616 nəfər namizəd 70 və daha yüksək bal toplamaqla müsabiqə şərtini ödəyərək ikinci mərhələyə – müsahibəyə buraxılıb. İmtahanın nəticələri Dövlət İmtahan Mərkəzinin saytında yerləşdirilib. Test imtahanından uğurla keçən namizədlərə müsahibə mərhələsi barədə əlavə məlumat veriləcək.

Müsabiqənin hər iki mərhələsində uğur qazanan namizədlər DVX-nin kadr ehtiyatı bazasına daxil olunacaq və mütəmadi qaydada vakant vəzifələrə təyin edliləcəklər.

Related posts

Tramp tarifləri bərpa etmək üçün alternativ yollar axtarır

ƏDV geri al” layihəsi çərçivəsində 19,7 mln. manata yaxın vəsait istehlakçılara qaytarılıb

Xankəndi şəhərində fəaliyyət göstərən vergi ödəyiciləri ilə görüş keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı