Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Dövlət Xidməti ilə Bakı Dövlət Universiteti arasında Anlaşma Memorandumu imzalanıb - BBN

Dövlət Xidməti ilə Bakı Dövlət Universiteti arasında Anlaşma Memorandumu imzalanıb

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Bakı Dövlət Universiteti ilə innovasiyayönümlü layihələrin araşdırılması, onların iqtisadi səmərəliliyinin qiymətləndirilməsi istiqamətində əməkdaşlıq edəcək.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Bakı Dövlət Universiteti (BDU) arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənədi Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli ilə Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev imzalayıblar.

Memoranduma əsasən, ali məktəbin tələblərinin təcrübə proqramlarına cəlb edilməsi istiqamətində əməkdaşlığın təşkili, istehsalat və elmi-tədqiqat təcrübələrində, o cümlədən seminar və təlimlərdə iştirakının təmin edilməsi nəzərdə tutulur. Sənəddə, həmçinin Universitetin məzunları ilə birgə innovasiyayönümlü layihələrin araşdırılması, onların iqtisadi səmərəliliyinin qiymətləndirilməsi və digər məsələlər də yer alıb.

Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli qeyd edib ki, Azərbaycanda gənclər siyasətinə böyük önəm verilir və bu istiqamətdə ölkə rəhbərliyi tərəfindən müxtəlif proqramlar, layihələr həyata keçirilir. Potensiallı gənc kadrların yetişdirilməsi və onların dövlət qurumlarında işlə təmin olunması nəticəsində dövlət idarəetməsində yeni innovativ düşüncələrin, müasir yanaşmaların tətbiqinə şərait yaranıb, idarəetmə prosesinə dinamizm qazandırıb.

BDU-nun rektoru Elçin Babayev isə memorumdumun tərəflər arasında qarşılıqlı əlaqələrin geniş spekterini əhatə edəcəyini vurğulayıb. Rektor qeyd edib ki, BDU-nun tələbləri Dövlət Xidmətinin gələcəkdə həyata keçirəcəyi bir sıra layihələr cəlb olunacaq, həmçinin ali məktəbin tədris prosesində Dövlət Xidmətinin imkanlarından istifadə olunacaq. 

Related posts

Azərbaycan və Belarus turizm sahəsində əməkdaşlığı gücləndirir

“Azerconnect Group” “mygov” platformasına qoşulub

SOCAR-ın ABŞ şirkətləri ilə birgə həyata keçirdiyi layihələr barədə fikir mübadiləsi aparılıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı