Dövlət Xidməti uyğunluğu qiymətləndirən qurumlara xəbərdarlıq edib

AİBNDX xatırladır ki, məlumatları Dövlət Reyestrinə daxil edilməmiş standart nümunələrin və ölçmə vasitələrinin istehsalı, idxalı, satışı və istismarı qadağandır.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (AİBNDX) ölçmə vasitələrinin yoxlanılması, kalibrlənməsi, habelə sertifikatlaşdırma fəaliyyəti ilə məşğul olan uyğunluğu qiymətləndirən akkreditasiya edilmiş müstəqil qurumların fəaliyyətinə nəzarət tədbirlərini davam etdirir. Bəzi hallarda akkreditasiya edilən uyğunluğu qiymətləndirən qurumlar tərəfindən tipi təsdiq edilməmiş, habelə məlumatları Dövlət reyestrinə daxil edilməmiş standart nümunələrin və ölçmə vasitələrinin qanunsuz yoxlanılması və ya kalibrlənməsi həyata keçirilir.

Qanunvericiliyə əsasən dövlət tənzimlənməsinin şamil olunduğu sahələrdə tətbiq edilən standart nümunələrin və ya ölçmə vasitələrinin tipi təsdiq edilməli və müvafiq sertifikatla təmin edilməlidir. Tipin təsdiqi və bu barədə sertifikatın verilməsi İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən həyata keçirilir. Tip təsdiq edilərkən onun dəqiqlik göstəriciləri, yoxlamalararası intervalı və yoxlama metodikası müəyyən edilir. Tipi təsdiq edilmiş standart nümunələr və ölçmə vasitələri barədə məlumatlar Dövlət Xidməti tərəfindən aparılan Dövlət Reyestrinə (http://metrology.az) daxil edilir.

Məlumatları Dövlət Reyestrinə daxil edilməmiş standart nümunələrin və ölçmə vasitələrinin istehsalı, idxalı, satışı və istismarı qadağandır. Bu cür qanun pozuntularına yol verən, habelə akkreditasiya haqqında qanunvericiliyin tələblərinə əməl etməyən uyğunluğu qiymətləndirən qurumlar məsuliyyət daşıyırlar.

Related posts

Energetika naziri Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı