Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Dövlət Xidməti və TÜİB-in təşkilatçılığı ilə “Dövlət satınalmaları haqqında” yeni Qanunun tətbiqinə dair təlim keçirilib - BBN

Dövlət Xidməti və TÜİB-in təşkilatçılığı ilə “Dövlət satınalmaları haqqında” yeni Qanunun tətbiqinə dair təlim keçirilib

G2B formatında keçirilən tədbirdə iştirakçılara “Dövlət satınalmaları haqqında” yeni Qanunun tələbləri və tətbiqi ilə bağlı praktiki məsələlər izah edilib, Qanunla nəzərdə tutulan yeni müddəalar, tənzimləmə və nəzarət mexanizmləri barədə ətraflı məlumat verilib.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) birgə təşkilatçılığı ilə sahibkarlar üçün “Rəqabət və dövlət satınalmalarının inkişafı: Tənzimləyici islahatlar” adlı maarifləndirici tədbir keçirilib. Tədbirdə dövlət və özəl sektorun, biznes assosiasiyalarının və beynəlxalq şirkətlərin 40-dan çox nümayəndəsi iştirak edib.

Tədbirin açılışında Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli və TÜİB-in İdarə Heyətinin sədri Hüseyn Büyükfırat çıxış ediblər. Xidmət rəisi dövlət satınalmalarının rəqabət mühitinin formalaşmasına təsirlərindən bəhs edib, həmçinin “Dövlət satınalmaları haqqında” yeni Qanunda satınalma prosedurlarının təkmilləşdirilməsi və nəzarət mexanizmlərinin gücləndirilməsinin sahibkarları satınalmalarda daha aktiv iştiraka təşviq edəcəyini qeyd edib. TÜİB-in İdarə Heyətinin sədri Hüseyn Büyükfırat isə sahə üzrə qanunvericilik aktlarının təkmilləşdirilməsinin ölkədə azad sahibkarlığın inkişafına, sağlam rəqabət şəraitinin qorunmasına töhfə verəcəyini xüsusi vurğulayıb.

Tədbir “Dövlət satınalmaları haqqında” yeni Qanununun müddəaları barədə maarifləndirici təlimlə davam edib. Təlimdə yeni Qanunun üstünlükləri, Qanunla nəzərdə tutulan yeniliklər və nəzarət mexanizmləri iştirakçıların diqqətinə çatdırılıb. Bildirilib ki, Qanun dövlət satınalmaları sahəsində şəffaflıq və intizamlılıq səviyyəsini artıracaq, dövlət büdcəsi vəsaitlərindən qənaətli istifadəni, həmçinin elektron satınalmalara keçidi təmin edəcək.

Related posts

ABA-nın “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun üzvü İlham Hüseynov “Arbitration for Business Impact” adlı tədbirdə çıxış edib

Azərbaycan ilə Qara Dəniz Ticarət və İnkişaf Bankı arasında əməkdaşlıq müzakirə edilib

Azərbaycan bankları BƏƏ-nin “Jisr” multi-CBDC platforması ilə bağlı müzakirələr aparıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı