Dövlət Xidmətində İslam İnkişaf Bankının nümayəndələri ilə görüş keçirilib

Görüşdə ölkədə keyfiyyət infrastrukturu sahəsinin təkmilləşdirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi ilə bağlı qarşılıqlı fikir mübadiləsi aparılıb.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində İslam İnkişaf Bankının (İİB) nümayəndə heyəti ilə görüş keçirilib.

Tədbir zamanı Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli nümayəndə heyətinə qurumun fəaliyyət istiqamətləri, keyfiyyət infrastrukturu sahəsində aparılan işlər, xüsusilə də bu ilin yanvar ayında qəbul edilmiş “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023–2025-ci illər üzrə Dövlət Proqramı” barədə məlumat verib. Bildirilib ki, Dövlət Proqramının icrası milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması, Azərbaycanda texniki tənzimləmə sisteminin yaradılması, o cümlədən Avropa İttifaqının direktivləri əsasında milli texniki reqlamentlərin və beynəlxalq standartlar əsasında istinad edilmiş standartların qəbul edilməsində mühüm rol oynayacaq.

Nümayəndə heyətinin rəhbəri Kokhorjon Aminov keyfiyyət infrastrukturu sahəsində məsuliyyətin artırılması, halal infrastrukturun inkişafı məqsədilə atılan  addımları yüksək qiymətləndirdiklərini bildirib.

Tərəflər arasında  qarşılıqlı əməkdaşlıq perspektivləri, aidiyyəti sahələrdə  həyata keçiriləcək təcrübə mübadiləsi üçün ekspertlərin cəlb edilməsi və texniki dəstək proqramları ilə bağlı müzakirələr aparılıb

Related posts

İsraillə iqtisadi əlaqələr müzakirə olunub

Rusiya ilə iqtisadi əlaqələr müzakirə olunub

Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüş keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı