Dövlət Xidmətində podratçılarla görüş keçirilib

Podratçı şirkətlərin fəaliyyəti zamanı qarşılaşdıqları çətinliklər, işlərinə kənar müdaxilə hallarının qarşısının alınması, şəffaflığın təmin olunması və digər məsələlər müzakirə edilib.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti SOCAR “Azəriqaz” İstehsalat Birliyi ilə birgə qaz təsərrüfatı sahəsində tikinti-quraşdırma işlərini həyata keçirən podratçı şirkətlərin nümayəndələri ilə görüş keçirib.

Görüşün keçirilməsində əsas məqsəd podratçı şirkətlərin işlərinə kənar müdaxilə hallarının qarşısının alınması, şəffaflığın təmin olunması və onları narahat edən məsələlərin müzakirəsi olub.

Görüşdə podratçı şirkətlərin nümayəndələrinin üzləşdiyi çətinliklər dinlənilib, onların həlli istiqamətində fikir mübadiləsi aparılıb və müvafiq təkliflər verilib.

Related posts

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

DOST RİM Böyük Britaniyada yerləşən “Corporate Vision” təşkilatının keçirdiyi müsabiqədə mükafata layiq görülüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı