Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Dövlət Xidmətinin nümayəndə heyəti Türkiyəyə səfər edib - BBN

Dövlət Xidmətinin nümayəndə heyəti Türkiyəyə səfər edib

TUBİTAK UME-nin dəstəyi ilə cari ildə ölkəmizdə yaradılması nəzərdə tutulan etalon laboratiyalarına baxış keçirilib.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Xidmətin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) nümayəndə heyəti Türkiyə Respublikasına səfər edib. Səfər çərçivəsində heyət Gəbzə şəhərində yerləşən Türkiyə Elmi və Texnoloji Tədqiqat Təşkilatının Milli Metrologiya İnstitutunda (TÜBİTAK UME) olub.

Görüş zamanı TUBİTAK UME-də mövcud və AzMİ-də yaradılması nəzərdə tutulan etalon laboratoriyalarına baxış keçirilib, laboratoriyaların avadanlıqlarının spesifik xüsusiyyətləri, həmçinin onların ölkəmizə gətirilməsi, idxalı zamanı öhdəliklərin icrası ilə bağlı məsələlər müzakirə edilib. Bundan əlavə, tərəflər keyfiyyət infrastrukturu sahəsində əməkdaşlıq, laboratoriyalarda təlimdə iştirak edəcək əməkdaşların təlim qrafiki və digər mövzulara dair fikir  mübadiləsi həyata keçiriblər.

Məlumat üçün bildirək ki, ilkin mərhələ olaraq 2024-cü il ərzində AzMİ-nin balansında Türkiyə Respublikasının qabaqcıl təcrübəsi nəzərə alınmaqla, 12 yeni etalon laboratoriyasının yaradılması nəzərdə tutulub. Həmin laboratoriyalar nəmlik, həcm, tibb, dalğa uzunluğu, həndəsi, müqavimət, elektromaqnetik, radiodalğa, qüvvə, vaxt və tezlik, sərtlik və fotometriya sahələrini əhatə edəcək. Sözügedən laboratoriyaların qurulması ilə ölkədə ölçmələrin dəqiqliyinin təmin edilməsi sahələri genişləndiriləcək Qeyd edək ki, AzMİ ilə TÜBİTAK UME arasında həyata keçirilən layihənin ikinci mərhələsi zamanı isə daha 15 yeni etalon laboratoriyasının yaradılması planlaşdırılır.

Qeyd: 2022-ci il 30 sentyabr tarixində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarında Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutu (AzMİ) metrologiya sahəsinin təkmilləşdirilməsi və yeni ölçmə imkanlarının artırılması məqsədilə “Türkiyə Elmi və Texnoloji Tədqiqat Təşkilatının Milli Metrologiya İnstitutu” (TÜBİTAK UME) ilə Anlaşma Memorandumu imzalayıb.

Related posts

“AzerGold” QSC-nin təsis edilməsindən 11 il ötür

AzMİ Çinin Milli Metrologiya İnstitutu ilə Anlaşma Memorandumu imzalayıb

Mərkəzi Bankın sədri Taleh Kazımov ABŞ Ticarət Palatasının nümayəndə heyəti ilə görüşüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı