Təkrar hərraca çıxarılacaq kiçik dövlət müəssisə və obyektin siyahısı açıqlanıb

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 9 oktyabr 2018-ci il tarixdə saat 10:00-da Astara şəhərində təkrar hərraca çıxarılacaq kiçik dövlət müəssisə və obyektin siyahısı açıqlanıb.

Siyahı ilə keçid vasitəsilə tanış ola bilərsiniz.

Hərracda iştirak etmək üçün müvafiq hərrac komissiyasına aşağıdakı sənədlər hərracın başlanmasına ən geci 3 bank günü qalanadək təqdim olunmalıdır:
1.Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (hüquqi şəxslər üçün: qeydiyyat şəhadətnaməsi, nizamnaməsi və VÖİN).
2.Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təsdiq edilmiş formada sifariş.
3.Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd.
(10% məbləğində beh Azərbaycan Respublikası Mərkəzi Bankında Əmlak Məsələləri Dövlət Komitəsinin AZ65 NABZ 0136 1150 0000 0000 4944 nömrəli hesablaşma hesabına ödənilməlidir).

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır