Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Dövriyyədə olan ödəniş kartlarının sayı 22,2 milyona çatıb - BBN

Dövriyyədə olan ödəniş kartlarının sayı 22,2 milyona çatıb

Banklar və Azərpoçt MMC sistemləri üzrə yanvar ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nisbətən 176 min ədəd artaraq 22 milyon 156 min ədəd təşkil edib.

Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 11% artıb.

Məlumata əsasən, ödəniş kartları arasında debet kartlarının sayı 13,3% artıb, kredit kartlarının sayı isə 7,6% azalıb.

Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə də müsbət təsir göstərib. Belə ki, yanvar ayı ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 11,4% artıb.

2026-cı ilin yanvar ayında kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin ümumi həcmi 7 milyard 687 milyon manat təşkil edib. Bunun 6 milyard 600 milyon manatı elektron ticarətin payına düşüb. Qalan məbləğin 1 milyard 85 milyon manatı POS-terminallar, 3 milyon manatı isə özünəxidmət terminalları və bankomatlar vasitəsilə reallaşdırılıb.

Related posts

Bankların kreditlərdən faiz gəlirləri 21% artıb

Azərbaycan Mərkəzi Bankı: Bankların depozitlər üzrə faiz xərcləri 17% artıb

Azərbaycan Mərkəzi Bankı: Yanvarda nağd dollar əməliyyatları 36,5% azalıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı