Draghi: “Tərk edən əvvəl borcunu ödəsin”

Avropa Mərkəzi Bankının rəhbəri Mario Draghi: “Avro Zonanı tərk etmək istəyən bir ölkə əvvəlcə Birliyin ödəniş sisteminə bütün borclarını ödəməlidir”-deyib.

Target 2 ödəmə sistemindən alınan məlumatlara əsasən, İtaliyanın Avropa Birliyindən çıxması qərarı ölkəyə 358,6 milyard avroya başa gələcək.

Qeyd edək ki, İtaliya, İspaniya və Yunanıstanın da Target 2 sisteminə böyük həcmdə borcları var. Sistemin Almaniyaya isə 754,1 milyard avro borcu mövcuddur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır