Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
DSMF Beynəlxalq Pensiyaların İdarə Edilməsi İnstitutunun müsabiqəsinin qalibi oldu - BBN

DSMF Beynəlxalq Pensiyaların İdarə Edilməsi İnstitutunun müsabiqəsinin qalibi oldu

Fond Londonda keçirilən təltifetmə mərasimində ali mükafata layiq görülüb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) növbəti beynəlxalq nailiyyət əldə edib.

Bu dəfə DSMF Beynəlxalq Pensiyaların İdarə Edilməsi İnstitutunun təşkil etdiyi “Pinnacle Awards 2023” beynəlxalq müsabiqəsinin qalibi olub.

Müsabiqədə “Cəmiyyətə Təsir” nominasiyası üzrə qalib gələn DSMF Londonda (Böyük Britaniya) keçirilən təltifetmə mərasimində ali mükafata layiq görülüb.

Son illər ölkəmizdə aparılan sosial islahatların bir istiqaməti də DSMF-ni əhatə edib. Fondun fəaliyyətində inzibati idarəetmə xidmət modeli ilə əvəzlənib, idarəçilik və xidmətlərin müasir, innovativ  texnologiyalar, optimal, şəffaf iş mexanizmləri üzərində qurulması, xərclərin optimallaşdırılması, sosial ödənişlərin e-qaydada  proaktiv təyin olunması, ödənişlərdə çeviklik təmin edilib.

Eyni zamanda, DSMF sərbəst vəsaitlərini investisiyaya yönəltmək təcrübəsinə başlamaqla maliyyə dayanıqlığının gücləndirilməsi və maliyyə risklərinin çevik idarə olunması istiqamətində yeni effektiv mexanizmə yiyələnib.

DSMF-nin qeyd edilən islahatları beynəlxalq səviyyədə də maraqla qarşılanaraq yüksək qiymətləndirilir.

2022–2023-cü illərdə Fond ümumilikdə 15 (o cümlədən bu il 10) beynəlxalq mükafatla təltif edilib.

Həmçinin son 3 ildə DSMF 5 beynəlxalq ISO sertifikatı ilə təltif olunaraq fəaliyyətini hazırda həmin standartların tələblərinə uyğun həyata keçirir.

Related posts

“ASAN xidmət indeksi”nə və “ASAN müraciət”ə dair nəticələr açıqlanıb

“ASAN xidmət” “Gələcək üçün bacarıqlar” layihəsinin əhatə dairəsini genişləndirir

Küveytdə pensiya və sosial sığorta sahəsində ikitərəfli əməkdaşlıq müzakirə olunub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı