DSMF Malayziyada “2024-cü ilin Dövlət Orqanı” mükafatı ilə təltif olunub

Ölkəmizdə aparılan sosial islahatların uğurları Malayziyanın paytaxtı Kuala Lumpur şəhərində “International Professional Trade Exhibition & Meeting Planner” beynəlxalq qurumunun təşkil etdiyi müsabiqədə də yüksək dəyərləndirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) həmin beynəlxalq müsabiqədə uğur qazanıb.

Malayziya, Xorvatiya, Misir, Çin, İndoneziya, İran və digər bir çox ölkələrin dövlət qurumları və özəl şirkətlərinin iştirak etdiyi müsabiqədə DSMF ən qabaqcıl təcrübəyə görə beynəlxalq münsiflər tərəfindən “2024-cü ilin Dövlət Orqanı” fəxri adına layiq görülüb.

Beləliklə, Fond 2024-cü ilin ilk rübü ərzində daha 11 beynəlxalq mükafata layiq görülüb.

Related posts

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

DOST RİM Böyük Britaniyada yerləşən “Corporate Vision” təşkilatının keçirdiyi müsabiqədə mükafata layiq görülüb

Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirliklərinin əhaliyə birgə müraciəti

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı