DSMF Qobustanda ictimai dinləmə keçirib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu bu dəfə Qobustan rayonunda ictimai dinləmə keçirib. 
Qobustan və Şamaxı rayonlarından olan ictimaiyyət nümayəndələrinin iştirak etdiyi görüşdə Fondun fəaliyyət istiqamətləri, xüsusi ilə pensiya və sosial müavinətlərin təyin olunmasında tətbiq edilən yeniliklər, operativliyin, əlçatanlığın və şəffaflığın təmin olunması istiqamətində görülən işlər barədə məlumat verilib.
Fondun nümayəndələri pensiya və sosial müavinətlər, eləcə də əlilliyi müəyyən edilmiş şəxslərə təyin olunan Prezident təqaüdü ilə bağlı təqdimatlarla çıxış ediblər. Bu ödəniş növlərinin mahiyyəti, bir-birindən fərqi də ətraflı izah olunub.
Dinləmədə iştirakçıları maraqlandıran suallar cavablandırılıb və ictimai dinləmələrin keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Related posts

İqtisadiyyat naziri Vyetnamın “VinFast” şirkətinin nümayəndə heyəti ilə görüşüb

Azərbaycanın pasport mövqeyi beynəlxalq reytinqdə yüksəlib

Müharibə əlilləri və şəhid ailələri daşınmaz əmlakın qeydiyyatına dair dövlət rüsumundan azad edilir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı