Dünyanın ən dəyərli banklarının sıralaması açıqlanıb

İngiltərə mərkəzli beynəlxalq strateji konsaltinq şirkəti “Brand Finance” özündə dünya banklarının dəyərinə görə sıralamasını əks etdirən “Banking 500” hesabatını dərc edib. Hesabatın ümumi göstəricisi, 2009-cu ildən bu yana ilk dəfə 1.36 trilyon dollardan 1.33 trilyon dollara enib.

Ötən ildən bu yana, Çin banklarının artım göstəricilərində geriləmələr və hətta kəskin azalmalar  müşahidə olunsa da, siyahının ön sıralarında qərarlaşan Çin bankları öz mövqelərini qoruyublar.  Belə ki, dünyanın ən bahalı bankları sıralamasında ilk 4-lükdə qərarlaşan Çin banklarının ümumi marka dəyəri 248 milyard dolları ötüb.

Hesabata istinadən, dünyanın ən bahalı bankı “ICBC” olub. Belə ki, bankın marka dəyəri ötən ilə nisbətən 1.2% artaraq, 80.791 milyard ABŞ dolları olub.

“China Construction Bank” 10.2% dəyərdən düşsə də, 62.6 milyard ABŞ dolları bu il də ilə ikinci yerdə qərarlaşıb. Yenə siyahıda üçüncü olan “Agricultural Bank of China” bankının ümumi dəyəri isə 0.7% azalaraq 54.658 milyard ABŞ dolları olub.

Sıralamada dördüncü və beşinci yerlər isə müvafiq olaraq, “Bank of China” (50.630 milyard $) və ABŞ mərkəzli “Wells Fargo” (40.881 milyard $) banklarına layiq görülüb.

Siyahı ilə detallı olaraq buradan tanış ola bilərsiniz.

Related posts

ROA və ROE əmsalına görə bankların – RENKİNQİ

Ehtiyat ayırmalarının həcminə görə bankların – RENKİNQİ

Qeyri-faiz xərclərinə görə bankların – RENKİNQİ

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı