Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Dünya Bankı Azərbaycanda fiskal islahatları dəstəkləyəcək - BBN

Dünya Bankı Azərbaycanda fiskal islahatları dəstəkləyəcək

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı ilə ölkəmizdə səfərdə olan Dünya Bankının nümayəndələri – İdarəetmə üzrə baş mütəxəssis və tapşırıq qrupunun rəhbəri İan Hokesvorz, Dövlət idarəçiliyi üzrə baş mütəxəsis Robin Van Kipperluis, İsveçrə İqtisadi Əməkdaşlıq Qurumunun (SECO) eksperti Benedikt Brauman və iqtisadçı Samirə Qasımova arasında görüş keçirilib.

Görüşdə “Azərbaycanda ortamüddətli xərclər çərçivəsi potensialının gücləndirilməsi proqramının (MTEF CBP)”  həyata keçirilməsinə dair müzakirələr aparılıb.

V. Qasımlı Azərbaycanda ortamüddətli xərclər çərçivəsinin tətbiqinə Strateji Yol Xəritəsinin hədəf indikatorlardan biri olaraq başlanılması, fiskal dayanıqlılığının təmin edilməsi istiqamətində qəbul edilən qanunlar və fiskal qaydalar barədə qonaqlara ətraflı məlumat verib. Eyni zamanda, bu sahədə Mərkəzin rolu, həyata keçirdiyi fəaliyyətlər, monitorinq və qiymətləndirmə ekosisteminin strateji planlaşdırmaya töhfəsi, həmçinin, bu proseslərdə kommunikasiyanın əhəmiyyəti və potensial quruculuğu üzrə görülən işlər haqqında danışıb.

Görüşdə İ.Hawkesworth iqtisadi islahatların idarə olunması, icra prosesinin təmin edilməsi və strateji idarəetmənin tətbiqində ortamüddətli xərclər çərçivəsinin əhəmiyyətini vurğulayıb. Sonda qonaqlara Mərkəzin fəaliyyətinə dair icmallar təqdim edilib.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Maliyyə naziri Sahil Babayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

“ASAN xidmət indeksi”nə və “ASAN müraciət”ə dair nəticələr açıqlanıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı