Dünya Bankı Böyük Britaniya hökumətini tənqid edib

Qlobalda yoxsulluq əleyhinə top təşkilatlardan biri olan Dünya Bankından (World Bank-dan) bildirilib ki, əcnəbilər üçün yardım büdcəsinin kəsilməsi real “ağrı”lara səbəb olub. 

BBN.az BBC Business-ə istinadən xəbər verir ki, təşkilatdan əlavə ediblər ki, onlar istəyirlər ki, Böyük Britaniya yenidən yoxsulluğun maliyyələşdirilməsində yüksək yeri əldə etsin. Böyük Britaniya dünyada kasıb ölkələrin maliyyələşdirilməsi çərçivəsində Bankın yeganə, ən böyük donoru hesab edilirdi.  

Dünya Bankının aparıcı icraçı direktoru Axel van Trotsenberg isə açıqlamasında qeyd edib ki, “hər bir dolların dəyəri var, hər əldə etdiyimiz bir dollar belə həyat xilas edir. Büdcədə azalma real “ağrı”ya səbəb olur”, – deyə o, əlavə edib.  

Qeyd edək ki, 2020-ci ildən başlayaraq hökumət, Britaniya cəmiyyəti maliyyə baxımından normala qayıdana qədər dəstəyi müvəqqəti dayandıracağını açıqlamışdı. Ölkə Dünya Bankının Beynəlxalq İnkişaf Assosiasiyası Fondu üçün maliyyələşməni yarıya qədər azaldaraq ildə 500 milyon funt sterlinqə çatdırıb. 

Related posts

Yelo Bank beynəlxalq konfransın keçirilməsinə dəstək oldu – Foto

Mərkəzi Bank tərəfindən “Bank sektoru üzrə makroprudensial siyasət çərçivəsi” sənədi təsdiqlənib

Kriptovalyutaların son 24 saatda qiymətləri necə dəyişib?

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı