Dünya Bankı bu ölkəyə 200 milyon dollar ayırdı

World Bank (Dünya Bankı) Şərqi Afrikada yerləşən Ruandada insan kapitalının inkişafını sürətləndirmək üçün 200 milyon dollar ayırıb.

BBN.az Dünya Bankının rəsmi saytına istinadən xəbər verir ki, Direktorlar Şurası insan kapitalının inkişafı ilə bağlı proqramı dəstəkləmək və iqtisadi inkişaf  üçün 200 milyon dollar ayırıb.

“Bu isə Dünya Bankının inkişaf planının maliyyələşdirilməsi seriyasında sonuncu kreditidir və son 3 ildə isə ümumi əməliyyatların həcmi 525 milyon dollar olub”, – deyə açıqlamada deyilib. 

Ötən həftə təsdiqlənən kredit isə maliyyə qurumunun Ruandaya davam edən dəstək proqramının bir hissəsidir və sağlamlıq, təhsil və sosial müdafiəni əhatə edir. 

Qeyd edək ki, Böyük Britaniya hökuməti bu ilki qərarında ölkəyə illeqal yolla gələn miqrantları Ruandaya köçürmüşdü və bu məsələ hazırda da ingilislər arasında böyük müzakirəyə səbəb olub və onların bir qismi bu fikirdədirlər ki, Ruanda miqrantlar üçün təhlükəsiz bir yer deyil və onlara qarşı edilən hərəkət insan heysiyyətinə zərər vurur.

Related posts

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Bankların xalis mənfəətinin həcminə görə renkinqi – II rüb/2024

Visa ABB-nin layihələrini mükafatlandırdı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı