Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Dünya Bankı ilə birgə layihə üzrə artıq 5 mindən çox şəxs üçün kiçik bizneslər qurulub - BBN

Dünya Bankı ilə birgə layihə üzrə artıq 5 mindən çox şəxs üçün kiçik bizneslər qurulub

Azərbaycanda Məşğulluğa Dəstək” layihəsi üzrə missiya ilə görüşdə layihənin icrası və digər istiqamətlərdə görülən birgə işlər, gələcək əməkdaşlıq müzakirə olunub.

Dünya Bankının  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlıqda həyata keçirdiyi “Azərbaycanda Məşğulluğa Dəstək” layihəsi üzrə missiya ilə görüşdə layihənin icrası işlərinin uğurla davam etdiyi bildirilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev özünüməşğulluq proqramının genişləndirilməsində “Azərbaycanda Məşğulluğa Dəstək Layihəsi”nin əhəmiyyətini qeyd edib. 2020-2025-ci illəri əhatə edən layihənin 22 min işsiz şəxsin özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatının yaradılması, eləcə də məşğulluq xidmətləri və proqramlarının təkmilləşdirilməsinə dəstək verilməsi məqsədi daşıdığı vurğulanıb.

Qeyd olunub ki,  layihə üzrə artıq 8 minə yaxın şəxs biznes təlimlərə cəlb olunub ki, onlardan 700 nəfərdən çoxu şəhid ailələri üzvləri və müharibə iştirakçılarıdır. Həmçinin 2400-dən çox qadın bu təlimlərdə iştirak edib.

Layihə üzrə artıq 5042 şəxsə müdafiə etdikləri biznes planlara uyğun aktivlər verilməklə onlar üçün istehsal və xidmət sahələri üzrə kiçik bizneslər qurulub. Hazırda da bu proses davam edir. Layihədə gənclərə də üstünlük verilir və  2,1 mindən çox gənc layihə üzrə təlimlərə cəlb olunub.Görüşdə Dünya Bankının  sosial müdafiə məsələləri üzrə baş mütəxəssisi Mirey Ovadiya, program rəhbəri Ahmet Levent Yener və missiyanın digər üzvləri ilə layihənin icrası işləri və bu sahədə görüləcək işlər müzakirə olunub.

Layihənin “Məşğulluq xidmətləri və proqramlarının gücləndirilməsi komponenti” çərçivəsində aparılmış işlər nəzərdən keçirilib.  Sosial xidmətlər, sosial yardım, əlilliyin qiymətləndirilməsi sistemlərinin təkmilləşdirilməsi, müvafiq sorğuların keçirilməsi və s. sahələrdə həyata keçirilən əməkdaşlığa və gələcək birgə işlərə dair fikir mübadiləsi aparılıb.

Related posts

Azərbaycan və Belarus turizm sahəsində əməkdaşlığı gücləndirir

“Azerconnect Group” “mygov” platformasına qoşulub

SOCAR-ın ABŞ şirkətləri ilə birgə həyata keçirdiyi layihələr barədə fikir mübadiləsi aparılıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı