Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Dünya Bankından Türkiyəyə 416 milyon dollar kredit ayrılıb - BBN

Dünya Bankından Türkiyəyə 416 milyon dollar kredit ayrılıb

Dünya Bankından verilən açıqlamada, kredit müqaviləsini TKYB baş direktoru və İdarə Heyətinin üzvü İbrahim Öztop Dünya Bankının Vaşinqtondakı qərargahında, zəmanət müqaviləsini isə Xəzinədarlıq və Maliyyə Nazirliyinin Xarici İqtisadi Əlaqələr Baş direktoru Kerem Dönmez imzalayıb.Dünya Bankını Humberto Lopez təmsil edib.

BBN.az xəbər verir ki, Xəzinə və Maliyyə Nazirliyinin zəmanəti ilə verilən kredit TIER layihəsi çərçivəsində Türkiyədəki istehsalçılar üçün uzunmüddətli maliyyə imkanları təmin edəcək.

Layihə xüsusi olaraq istehsal sektorunu hədəf alacaq ki, onlar ətraf mühitə, iqlimə, məhsuldarlığa, sağlamlığa və davamlılığa mənfi təsir göstərən zərərli emissiyaları azaldaraq təmiz texnologiyalar və prosesləri tətbiq edə biləcəklər

TIER layihəsi sənayenin yaşıl transformasiyası üçün lazım olan uzunmüddətli maliyyələşdirməyə çıxışı asanlaşdıracaq, benefisiar istehsalçıların hissəciklər emissiyalarını 40 faiz və azot oksidi emissiyalarını 30 faiz azaldacaq. Layihə istixana qazı emissiyalarını ildə 220 min ton azaltmağı hədəfləyir.

Related posts

Expressbankdan ilk dəfə kredit götürənlərə XÜSUSİ TƏKLİF

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti 2025-ci ildə dövlət qurumlarını 450 milyon zərərli keçiddən qoruyub

Moody’s Ratings Azərbaycan bank sisteminin perspektivini “pozitiv” səviyyədə qiymətləndirib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı