Dünya Bankının Azərbaycan Üçüncü Kənd İnvestisiyaları Layihəsinin təqdimatı olub

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Dünya Bankının nümayəndələri ilə birgə Azərbaycan Üçüncü Kənd İnvestisiyaları Layihəsinin təqdimatı olub.

Belə ki, Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycan Prezidenti cənab İlham Əliyevin ölkədə dayanıqlı inkişafı təmin edən islahatlar paketinin uğurlarını diqqətə çatdırıb.

Nazir aparılan islahatların iqtisadiyyatın sahəvi və coğrafi şaxələndirilməsi şəraitində əmək ehtiyatlarından istifadə və məşğulluq imkanlarının artmasını stimullaşdırdığını vurğulayıb . Həmçinin, sahibkarlara güzəştli kreditlərin verilməsi, sosial-iqtisadi inkişafı təmin edən  Dövlət Proqramı , əhalinin məşğulluğu, keçirilən aktiv məşğulluq proqramları barədə də məlumat verilib.

Tədbirdə Dünya Bankı ilə əməkdaşlıqda icra olunan Kənd İnvestisiyaları Layihələrinin əhəmiyyətindən bəhs edilib və ötən dövrdə bu layihələrin kənd rayonlarında sosial infrastrukturun yaxşılaşdırılması, eləcə də  kənd rayonlarında ailələrin iqtisadi fəaliyyətinə, məşğulluğa dəstək verilməsi baxımından da xüsusi önəm kəsb etdiyi bildirilib.

Qeyd edək ki, Missiya rəhbəri Satoşi İşihara Azərbaycan Üçüncü Kənd İnvestisiyaları Layihəsini təqdim edib. Tədbirdə layihədə nəzərdə tutulan müvafiq istiqamətlərdə əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır