Home » Dünya Bankının “ərzaq təhlükəsizliyi” ilə bağlı yeni məlumatı

Dünya Bankının “ərzaq təhlükəsizliyi” ilə bağlı yeni məlumatı

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Covid-19 pandemiyasına görə davam edən iqtisadi çöküş, Ukraynada 2022-ci ilin fevralından başlayan müharibə və təchizat qıtlığı ərzağın qiymətinin rekord həddə çatmağına səbəb olub. 

BBN.az Dünya Bankının (DB) son araşdırmasına istinadən xəbər verir ki, ərzağın qiymətinin artımı aşağı gəlirliliyi olan ölkələrin az və orta qazanan əhali qrupuna təsir edib və bu ölkələrin vətəndaşları yüksək gəlirliliyi olanlardan daha çox ərzağa pul ayırırlar.

Dünya Bankının dərc etdiyi bu qısa icmalda dünya ölkələrində artan ərzaq çatışmazlığı təhlükəsinə nəzər yetirir və bankın reaksiyasını qeyd edir. 2022-ci il iyunun 30-da kənd təsərrüfatı məhsullarının qiymət indeksində 2021-ci ilin yanvar ayı ilə müqayisədə 34% artım, qarğıdalı və buğdada isə müvafiq olaraq 47% və 42% artım müşahidə olunub ki, eyni dövrlə müqayisədə düyünün qiymətində 8% azalma qeydə alınıb. Bankın son məlumatına görə, inflyasiya (gündəlik alınan məhsulların qiyməti üzrə) dünya ölkələrində yüksəlməyə davam etməkdədir. Məsələn, az gəlirliliyi olan ölkələrdə bu rəqəm 94%, az-orta gəlirliliyi olan ölkələrdə 89%, orta-yüksək gəlirliliyi olan ölkələrdə isə 70% olub. 

DB-nın gözləntisinə görə, dünyada baş verən proseslərdən dolayı qiymətlər 2024-cü ilin sonuna qədər tarixi rekord səviyyəsini qoruyacaq. Bank əmindir ki, ərzaq məhsullarının qiyməti hər zaman yüksək olsa da, Ukrayna-Rusiya müharibəsi qiymətlərin artımını dəstəkləyib və müharibəyə qədər Rusiya-Belarus Avropa üçün ən böyük ixracatçı olub.  

Qeyd etmək yerinə düşər ki, Bank Şərq və Cənubi Afrika, Cənubi Amerika və bəzi orta Asiya (Qırğızıstan, Tacikistan) ölkələri üçün ümumilikdə 30 milyard dollar dəyərində dəstək paketi hazırlayıb.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.