BBN.az sizə neftin həftəlik qiymətlərini təqdim edir.
İyun ayının 25-də, həftənin əvvəlində, “WTI” markalı neftin 1 barelinin qiyməti 57.83 ABŞ dollarında qeydə alınsa da, həftə sonunu 3.01% artaraq 59.57 ABŞ dolları ilə başa vurmuşdur.
Həftə əvvəlində 1 barelinin satış qiyməti 64.86 dollar olaraq müəyyənləşən “Brent” markalı neft həftə ərzində 2.94% artaraq 66.77 ABŞ dolları olub.
Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam nefti həftəyə artım ilə başlayaraq 1 barelinin qiyməti 65.51 ABŞ dolları olub. Qeyd edək ki, Azeri LT CIF” nefti həftəni 67.67 ABŞ dolları satış qiyməti ilə başa vurub. Burada həftəlik artım 3.3% olmuşdur.