Dünya bazarında neftin həftəlik satış qiymətləri

BBN.az sizə neftin həftəlik qiymətlərini təqdim edir.

İyul ayının 9-da, həftənin əvvəlində, “WTI” markalı neftin 1 barelinin qiyməti 57.66 ABŞ dollarında qeydə alınsa da, həftə sonunu  4.54% artaraq 60.40 ABŞ dolları ilə başa vurmuşdur.

Həftə əvvəlində 1 barelinin satış qiyməti 64.11 dollar olaraq müəyyənləşən “Brent” markalı neft həftə ərzində 4.29% artaraq 66.86 ABŞ dolları olub.

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam nefti həftəyə artım ilə başlayaraq 1 barelinin qiyməti 66.55 ABŞ dolları olub. Qeyd edək ki, Azeri LT CIF” nefti həftəni 68.7 ABŞ dolları satış qiyməti ilə başa vurub. Burada həftəlik artım 3.23% olmuşdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır