Dünya bazarında neftin həftəlik satış qiymətləri

BBN.az sizə neftin həftəlik qiymətlərini təqdim edir.

İyul ayının 16-da, həftənin əvvəlində, “WTI” markalı neftin 1 barelinin qiyməti 60.47 ABŞ dollarında qeydə alınsa da, həftə sonunu  7.34% azalaraq 56.03 ABŞ dolları ilə başa vurmuşdur.

Həftə əvvəlində 1 barelinin satış qiyməti 66.48 dollar olaraq müəyyənləşən “Brent” markalı neft həftə ərzində 6.03% azalaraq 62.47 ABŞ dolları olub.

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam nefti həftəyə artım ilə başlayaraq 1 barelinin qiyməti 68.75 ABŞ dolları olub. Qeyd edək ki, Azeri LT CIF” nefti həftəni 64.15 ABŞ dolları satış qiyməti ilə başa vurub. Burada həftəlik azalma 6.69% olmuşdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır