Dünya bazarında neftin həftəlik satış qiymətləri

BBN.az sizə neftin həftəlik qiymətlərini təqdim edir.

İyul ayının 23-də, həftənin əvvəlində, “WTI” markalı neftin 1 barelinin qiyməti 56.32 ABŞ dollarında qeydə alınsa da, həftə sonunu  0.1% azalaraq 56.22 ABŞ dolları ilə başa vurmuşdur.

Həftə əvvəlində 1 barelinin satış qiyməti 63.26 dollar olaraq müəyyənləşən “Brent” markalı neft həftə ərzində 0.13% artaraq 63.39 ABŞ dolları olub.

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam nefti həftəyə artım ilə başlayaraq 1 barelinin qiyməti 65.34 ABŞ dolları olub. Qeyd edək ki, Azeri LT CIF” nefti həftəni 65.47 ABŞ dolları satış qiyməti ilə başa vurub. Burada həftəlik artım 0.13% olmuşdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır