Dünya bazarında neftin həftəlik satış qiymətləri

BBN.az sizə neftin həftəlik qiymətlərini təqdim edir.

İyul ayının 30-da, həftənin əvvəlində, “WTI” markalı neftin 1 barelinin qiyməti 57.09 ABŞ dollarında qeydə alınsa da, həftə sonunu  3.05% azalaraq 55.35 ABŞ dolları ilə başa vurmuşdur.

Həftə əvvəlində 1 barelinin satış qiyməti 63.71 dollar olaraq müəyyənləşən “Brent” markalı neft həftə ərzində 4.07% azalaraq 61.12 ABŞ dolları olub.

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam nefti həftəyə artım ilə başlayaraq 1 barelinin qiyməti 65.78 ABŞ dolları olub. Qeyd edək ki, Azeri LT CIF” nefti həftəni 64.74 ABŞ dolları satış qiyməti ilə başa vurub. Burada həftəlik azalma 1.58% olmuşdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır