Dünya bazarında neftin həftəlik satış qiymətləri

BBN.az sizə neftin həftəlik qiymətlərini təqdim edir.

Yanvar ayının 29-da, həftənin əvvəlində, “WTI” markalı neftin 1 barelinin qiyməti 52.17 ABŞ dollarında qeydə alınsa da, həftə sonunu  6.08% artaraq 55.34 ABŞ dolları ilə başa vurmuşdur.

Həftə əvvəlində 1 barelinin satış qiyməti 60.01 dollar olaraq müəyyənləşən “Brent” markalı neft həftə ərzində 4.7% artaraq 62.83 ABŞ dolları olub.

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam nefti həftəyə azalma ilə başlayaraq 1 barelinin qiyməti 61.48 ABŞ dolları olub .Qeyd edək ki, Azeri LT CIF” nefti həftəni 63.70 ABŞ dolları satış qiyməti ilə başa vurub. Burada həftəlik artım 3.61% olmuşdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır