Dünya bazarında xam neftin qiyməti artıb

Xam neft və təbii qazın qiymətləri ilə bağlı son məlumatları təqdim edirik.

BBN.az Bloomberg-ə istinadən xəbər verir ki, WTI (Qərbi Texas) xam neftinin 1 barrel-ə görə qiyməti 0.68 dollar, yaxud 0.84% yüksələrək 82.05 dollara ticarət edilir.

Bloomberg-də olan son məlumata görə Brent xam nefti isə 0.68 dollar, yaxud 0.80% yüksələrək 85.59 dollara satılır. Təbii qazın qiymətləri isə 0.01 dollar, yaxud 0.47% yüksələrək 2.57 dollara ticarət edilir.

Qeyd edək ki, “Goldman Sachs”ın ekspertləri neftin qiyməti ilə bağlı yenilənmiş proqnozunu açıqlayıb. İnvestisiya bankı proqnoz edir ki, Brent xam neftinin qiyməti 80 dollardan yuxarı qalxacaq və ilin sonuna qədər isə 86 dollara çatacaq. Bankın proqnozuna əsasən hazırda xam neftə olan rekord tələb qiymətləri qısamüddətli dövr üçün yüksəldib.

Related posts

POS-terminallardan istifadə ilə bağlı nəzarət tədbirləri davam etdirilir – Foto

Unibank Mastercard kartınla iHerb-dən 30 %-lik endirim qazan!

COP29 çərçivəsində SOCAR ilə “Tree Energy Solutions” arasında Birgə Tədqiqat Sazişi imzalanıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı