Dünya bazarında xam neftin qiyməti enib

Xam neft və təbii qazın qiymətləri ilə bağlı son məlumatları təqdim edirik.

BBN.az Bloomberg-ə istinadən xəbər verir ki, WTI (Qərbi Texas) xam neftinin 1 barrel-ə görə qiyməti 0.13 dollar, yaxud 1.28% azalaraq 86.95 dollara ticarət edilir.

Bloomberg-də olan son məlumata görə Brent xam nefti isə 0.96 dollar, yaxud 1.04% azalaraq 91.20 dollara satılır. Təbii qazın qiymətləri isə 0.02 dollar, yaxud 0.83% enərək 2.88 dollara ticarət edilir.

Qeyd edək ki, OPEC+-dən bildirilib ki, tələb artdığından dolayı neftin qiymətləri yüksək qalmağa davam edəcək.

Related posts

Ağdam Sənaye Parkının rezidentlərinin sayı 29-a çatıb

Nazirlər Kabineti maliyyə bazarları ilə bağlı qərar verib

2024-cü ilin ilk 11 ayında özəlləşdirmə və icarədən dövlət büdcəsinə 142,7 milyon manat vəsaitin ödənilməsi təmin edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı