Dünya bazarında xam neftin qiyməti enib

Xam neft və təbii qazın qiymətləri ilə bağlı son məlumatları təqdim edirik.

BBN.az Bloomberg-ə istinadən xəbər verir ki, WTI (Qərbi Texas) xam neftinin 1 barrel-ə görə qiyməti 0.29 dollar, yaxud 0.36% azalaraq 80.29 dollara ticarət edilir.

Bloomberg-də olan son məlumata görə Brent xam nefti isə 0.45 dollar, yaxud 0.53% enərək 84.54 dollara satılır. Təbii qazın qiymətləri isə 0.01 dollar, yaxud 0.38% yüksələrək 2.65 dollara ticarət edilir.

Qeyd edək ki, “Goldman Sachs”ın ekspertləri neftin qiyməti ilə bağlı yenilənmiş proqnozunu açıqlayıb. İnvestisiya bankı proqnoz edir ki, Brent xam neftinin qiyməti 80 dollardan yuxarı qalxacaq və ilin sonuna qədər isə 86 dollara çatacaq. Bankın proqnozuna əsasən hazırda xam neftə olan rekord tələb qiymətləri qısamüddətli dövr üçün yüksəldib.

Related posts

Ağdam Sənaye Parkının rezidentlərinin sayı 29-a çatıb

Nazirlər Kabineti maliyyə bazarları ilə bağlı qərar verib

2024-cü ilin ilk 11 ayında özəlləşdirmə və icarədən dövlət büdcəsinə 142,7 milyon manat vəsaitin ödənilməsi təmin edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı