Dünya bazarında xam neftin qiymətləri azalıb

Xam neft və təbii qazın qiymətləri ilə bağlı son məlumatları təqdim edirik.

BBN.az Banklar və Biznes nəşri Bloomberg-ə istinadən xəbər verir ki, WTI xam neftinin 1 barrel-ə görə qiyməti 0.67 dollar, yaxud 0.87% enərək 75.99 dollara ticarət edilir.

Bloomberg-də olan son məlumata görə Brent xam nefti isə 0.69 dollar, yaxud 0.85% azalaraq 80.49 dollara satılır. Təbii qazın qiymətləri isə 0.04 dollar, yaxud 1.19% enərək 3.15 dollara ticarət edilir.

Qeyd edək ki, İsrail-Fələstin müharibəsinin başlanğıcında xam neftin qiymətləri 4%-dən çox bahalaşmışdı.

Related posts

XalqKart-la NFC ödənişlərində daha çox keşbek

Kapital Bank-ın İdarə Heyətinin sədri Fərid Hüseynov “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

“PAŞA Bank” və “Kapital Bank”ın rəhbərliklərində dəyişiklik olub