Xam neft və təbii qazın qiymətləri ilə bağlı son məlumatları təqdim edirik.
BBN.az Banklar və Biznes nəşri Bloomberg-ə istinadən xəbər verir ki, WTI xam neftinin 1 barrel-ə görə qiyməti 0.29 dollar, yaxud 0.36% enərək 80.57 dollara ticarət edilir.
Bloomberg-də olan son məlumata görə Brent xam nefti isə 0.32 dollar, yaxud 0.38% azalaraq 84.45 dollara satılır. Təbii qazın qiymətləri isə 0.01 dollar, yaxud 0.55% azalaraq 2.35 dollara ticarət edilir.
Qeyd edək ki, xam neft ilə bağlı son proqnoz göstərir ki, qiymətlər 100 dollara çatacaq, ancaq bu uzunmüddətli olmayacaq.