Xam neft və təbii qazın qiymətləri ilə bağlı son məlumatları təqdim edirik.
BBN.az Banklar və Biznes nəşri Bloomberg-ə istinadən xəbər verir ki, WTI xam neftinin 1 barrel-ə görə qiyməti 0.17 dollar, yaxud 0.24% enərək 70.70 dollara ticarət edilir.
Bloomberg-də olan son məlumata görə Brent xam nefti isə 0.23 dollar, yaxud 0.31% azalaraq 74.75 dollara satılır. Təbii qazın qiymətləri isə 0.02 dollar, yaxud 1.14% enərək 2.17 dollara ticarət edilir.
Qeyd edək ki, xam neft ilə bağlı son proqnoz göstərir ki, qiymətlər 100 dollara çatacaq, ancaq bu uzunmüddətli olmayacaq.