Xam neft və təbii qazın qiymətləri ilə bağlı son məlumatları təqdim edirik.
BBN.az Banklar və Biznes nəşri Bloomberg-ə istinadən xəbər verir ki, WTI xam neftinin 1 barrel-ə görə qiyməti 0.55 dollar, yaxud 0.75% azalaraq 73.16 dollara ticarət edilir.
Bloomberg-də olan son məlumata görə Brent xam nefti isə 0.55 dollar, yaxud 0.71% enərək 76.89 dollara satılır. Təbii qazın qiymətləri isə 0.02 dollar, yaxud 1.10% enərək 2.24 dollara ticarət edilir.
Qeyd edək ki, xam neft ilə bağlı son proqnoz göstərir ki, qiymətlər 100 dollara çatacaq, ancaq bu uzunmüddətli olmayacaq.