Xam neft və təbii qazın qiymətləri ilə bağlı son məlumatları təqdim edirik.
BBN.az Banklar və Biznes nəşri Bloomberg-ə istinadən xəbər verir ki, WTI xam neftinin 1 barrel-ə görə qiyməti 2.26 dollar, yaxud 2.96% azalaraq 74.02 dollara ticarət edilir.
Bloomberg-də olan son məlumata görə, Brent xam nefti isə 2.35 dollar, yaxud 2.83% azalaraq 81.26 dollara satılır. Təbii qazın qiymətləri isə 0.25 dollar, yaxud 3.56% azalaraq 6.77 dollara ticarət edilir.
Brent xam neftinin qiyməti ilə bağlı proqnoz isə budur ki, 2022-ci ilin IV rübündə 1 barrelinə görə 93 dollar, 2023-cü ildə isə 95 dollar olacaq.