Xam neft və təbii qazın qiymətləri ilə bağlı son məlumatları təqdim edirik.
BBN.az Banklar və Biznes nəşri Bloomberg-ə istinadən xəbər verir ki, WTI xam neftinin 1 barrel-ə görə qiyməti 0.89 dollar, yaxud 1.14% artaraq 79.09 dollara ticarət edilir.
Bloomberg-də olan son məlumata görə, Brent xam nefti isə 0.87 dollar, yaxud 1.05% artaraq 83.90 dollara satılır. Təbii qazın qiymətləri isə 0.10 dollar, yaxud 1.40% azalaraq 6.79 dollara ticarət edilir.
Brent xam neftinin qiyməti ilə bağlı proqnoz isə budur ki, 2022-ci ilin IV rübündə 1 barrelinə görə 93 dollar, 2023-cü ildə isə 95 dollar olacaq.