Dünya bazarında xam neft və təbii qazın son ticarət qiymətlərini təqdim edirik.
BBN.az Banklar və Biznes nəşri Bloomberg-ə istinadən xəbər verir ki, WTI xam neftinin 1 barrel-ə görə qiyməti 1.13 dollar, yaxud 1.32% azalaraq 84.46 dollara ticarət edilir.
Bloomberg-də olan son məlumata görə, Brent xam nefti isə 1.02 dollar, yaxud 1.10% azalaraq 91.84 dollara satılır. Təbii qazın qiymətləri isə 0.03 dollar, yaxud 0.45% azalaraq 6.17 dollara ticarət edilir.
Brent xam neftinin qiyməti ilə bağlı proqnoz isə budur ki, 2022-ci ilin IV rübündə 1 barrelinə görə 93 dollar, 2023-cü ildə isə 95 dollar olacaq.