1
Xam neft və təbii qazın qiymətləri ilə bağlı son məlumatları təqdim edirik.
BBN.az Banklar və Biznes nəşri Bloomberg-ə istinadən xəbər verir ki, WTI xam neftinin 1 barrel-ə görə qiyməti 0.60 dollar, yaxud 0.74% bahalaşaraq 82.17 dollara ticarət edilir.
Bloomberg-də olan son məlumata görə Brent xam nefti isə 0.05 dollar, yaxud 0.06% azalaraq 85.66 dollara satılır. Təbii qazın qiymətləri isə 0.03 dollar, yaxud 0.95% azalaraq 2.72 dollara ticarət edilir.