Dünya birjalarında neftin bahalaşması fonunda “Azeri Light” markalı xam neftin qiyməti 81 dolları keçdi

Mayın 18-də dünya birjalarında neftin bahalaşması fonunda “Azeri Light” markalı xam neftin 1 barelinin qiyməti 2,21 dollar və yaxud 2,8% arttaraq 81,03 dollar/barelə bərabər olub.

Belə ki, dünya birjalarında Mayın 18-i səhər, WTI markalı neftinin 1 barelə görə qiyməti 0,17% artaraq $71,61 dollar, Brent markalı neftin 1 barelinin dəyəri isə 0,30% artaraq 79,54 dollar təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır