Aprelin 30-da Amerika fond bazarlarında Dow Jones indeksi 1.49% – 37,815.92 bəndədək, S&P 500 indeksi 1.57% – 5,035.69 bəndədək, Nasdaq indeksi isə 2.04% – 15,657.82 bəndədək azalıb.
BBN.az xəbər verir ki, Avropa fond bazarlarında isə aprelin 30-da Fransanın CAC-40 indeksi 0,99% – 7,984.93 bəndədək, Almaniyanın DAX indeksi isə 1.03% – 17,932.17 bəndədək, FTSE 100 indeksi 0.04% – 8,144.13 bəndədək azalıb.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,09% azalaraq 1.0656 dollar təşkil edib.