Dünya İqtisadi Forumu ABŞ-ın TOP 50 universitetinin adını və qiymətlərini paylaşdı – Renkinq

Yeni bir hesabat ABŞ-ın TOP 50 universitetinin adını açıqlayıb və renkinq ən yaxşı təhsil müəssisələrinin adlarını vizuallaşdırır.

BBN.az Dünya İqtisadi Forum-unun məlumatına istinadən xəbər verir ki, ABŞ-ın TOP 50 universitetinin renkinqini tərtib edən zaman 9 müxtəlif kateqoriyaya baxıblar, bura fakültələrin resursları, sosial mobillik və s. daxil olub.

Məlumata, əsasən Ivy League kollecindən 8-dən 4-ü TOP 10-a daxil olub, TOP 1 də isə Princeton qərarlaşıb. ABŞ, eyni zamanda bahalı təhsili ilə də digər ölkələrdən seçilir, belə ki, burada federal və şəxsi tələbə borcunun miqdarı 1.75 trilyon dollardır, hər 1 tələbəyə isə 28.950 dollar borc düşür. Aşağıdakı cədvəldə isə ümumi rəqəmlər haqqında məlumat tapa bilərsiniz.

ABŞ-da ən bahalı universitet isə Kolumbiya Universitetidir, burada təhsil haqqı 65.524 dollardır, hətta 2022/2023-cü il akademik ilində isə bu rəqəmlər daha yüksək olub. TOP 50 sırasına daxil olan Florida Universitetində təhsil haqqı isə Kolumbiya ilə müqayisədə 10 dəfə ucuzdur, 6.380 dollar. 

Qeyd edək ki, Joe Biden administrasiyası iqtisadi çətinlik ilə bağlı olaraq tələbələrin təhsil haqqı borclarını bağışlamaq ilə bağlı yeni qanunu qüvvəyə salıb. Bu isə 40 milyon nəfəri əhatə edəcək 20.000 dollar borcun bağışlanmasını nəzərdə tutur. 

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı