“Dünyada ən çox istifadə olunan ticarət qaydaları” adlı vebinar keçirilmişdir

Azərbaycan Banklar Assosiasiyası (ABA) beynəlxalq təşkilatlarla birgə bank əməkdaşlarının bilik və bacarıqlarının artırılması istiqamətində tədbirlərin həyata keçirilməsini davam etdirir. Belə tədbirlərdən biri də “Ticarətin və layihələrin maliyyələşdirilməsi üzrə Ekspert Qrupu”nun təşəbbüsülə təşkil olunan “Dünyada ən çox istifadə olunan ticarət qaydaları” adlı vebinardır. Vebinar 22 iyun 2021-ci il tarixində Beynəlxalq Ticarət Palatası (ICC) və Dubai Ticarət və Sənaye Palatası  (DCCI) tərəfindən keçirilmişdir.

Vebinarda “Ticarətin və layihələrin maliyyələşdirilməsi üzrə Ekspert Qrupu”nun rəhbəri, “Bank VTB Azərbaycan” ASC-nin İdarə Heyətinin üzvü, Korporativ Biznesin inkişafı Departamentinin direktoru Yasin Cəlilov moderator qismində və ICC United Arab Emirates direktoru, ICC Bank Komissiyasının İcra Komitənin üzvü, Beynəlxalq bank hüququ və təcrübəsi İnstitutun direktoru (IIBLP) Vincent O’Brien mövzu barədə təqdimatla çıxış etmişdir. ABA-ya üzv bankların nümayəndələrinə əvvəlki İncoterms 2010 və yeni İncoterms 2020 qaydaları arasında müəyyən fərqliliklər və xüsusiyyətlər barədə ətraflı məlumat verilmişdir.

Qeyd edək ki, Incoterms beynəlxalq ticarətin ən önəmli anlayışlardan biridir və ticarəti asanlaşdırmaq üçün on illərdir istifadə olunur. Qaydaların ilk versiyası 1936-cı ildə dərc olunmuş və onun son versiyası 1 yanvar 2020-ci ildə qüvvəyə minmişdir.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı