Dünyada ən qabaqcıl neobanklar hansılardır? – SİYAHI

Neobank konsepsiyası artıq uzun illərdir ki, bankçılıq sektorunun əsas tərkib hissəsi kimi mövcudluğunu qoruyur. Maliyyə texnologiyaları sahəsində ənənəvi bankları dəyişikliyə və rəqəmsallaşmaya sövq edən ən böyük faktorlardan biri də neobanklardır.

“Financial Brand”in tərtib etdiyi databazaya əsasən, hazırda dünyada 300-dən artıq neobank fəaliyyət göstərir. Bunlardan ən böyük müştəri bazasına sahib olan neobank “Ant Group” (əvvəllər “Ant Financial”)  rəqəmsal ödəniş platformasıdır. Çinin ən böyük holdinqlərindən olan “Alibaba Group”un törəmə qurumu olaraq fəaliyyət göstərən bu neobankın müştəri bazası 1.3 milyarddan çoxdur. Cari ilin ilk rübündə holdinqə 2.1 milyard dollar həcmində mənfəət gətirən “Ant Group”un ümumi bazar kapitalizasiyası 220 milyard dollar həcmindədir.

Siyahıda ikinci yerdə qərarlaşan “Tinaba” neobankı 1.2 milyardlıq müştəri bazasına malikdir. “Tinaba” 2015-ci ildə Milan mərkəzli “Sator Capital Limited” holdinqinin törəmə qurumu olaraq yaradılıb.

Əsas fəaliyyət istiqaməti “crowdfunding” olan “GoFundMe” siyahıda üçüncü yerdə qərarlaşıb. “Fintech Global” üzvü olan “GoFundMe” 490 milyon nəfərdən çox müştəri bazasına sahibdir.

Ümumilikdə siyahının ilk onluğu aşağıdakı kimidir.

Related posts

Biznes kreditlərinin həcminə görə bankların – RENKİNQİ

Aktivlərin dinamikasına görə bankların – RENKİNQİ

Fiziki şəxslərin əmanətlərinin həcminə görə bankların-RENKİNQİ

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı