Dünyada bitcoin üzrə cəmi 6 milyarder var – Yeni hesabat

CNBC nəşrində yayımlanan son araşdırmaya əsasən 425 milyon insan kriptodan istifadə edir. Kripto özünün pik populyar vaxtlarında olduğu kimi nəticələr göstərməsə də hələ də ümumi investisiya vasitəsi olaraq qalmağa davam edir. 2023-cü ilin əvvəlində Gen Z –  nəsli (18 və 25 yaş arası) kriptoya investisiya edib. Daha bir sorğu isə nümayiş etdirib ki, amerikalıların 75%-i hələ də kriptonun investisiya üçün təhlükəsiz alət olub-olmaması məsələsində qərarsızdır.  

BBN.az xəbər verir ki, Henley and Partners şirkəti isə qeyd edir ki, belə bir qərarsızlığa rəğmən dəyəri milyonlar, hətta milyardlar ilə ölçülən holdinqlər fəaliyyət göstərməkdədir. Şirkətin hesabatına əsasən hazırda 88.200 nəfərin ən azı ümumi 1 milyon dollar dəyərində kripto aktivi var ki, bu da ümumi kripto istifadəçilərinin 1%-dən azını edir. Həmçinin bildirilir ki, dünyada bitcoin üzrə 6 milyarder var.  

Şirkət tərəfindən Kripto Adaptasiya İndeksi hazırlanıb ki, TOP 1-ə Sinqapur başçılıq edir. Digər yerləri isə müvafiq olaraq İsveçrə, BƏƏ, ABŞ, Böyük Britaniya, Avstraliya, Kanada, Malta, Malayziya tutur. Məsələn, Sinqapur və BƏƏ kripto investorları üçün vergi baxımından daha münasib şərait təmin edir.  

Qeyd edək ki, ekspertlər və investisiya məsləhətçiləri isə bildirirlər ki, kriptoya investisiya son illər ərzində olduqca populyarlaşıb. Xüsusilə də COVID dövründə riteyl ticarət tətbiqlərinin yüksəlişi ilə bu hal artmışdı. Bildirirlər ki, kripto olduqca dəyişkən bir aktivdir və dəyər qazandığı kimi kəskin dəyər də itirə bilir. Hətta bəzi ölkələr kriptonun investisiya və ticarətini dəstəkləmirlər. İstifadəçilər və onların pulları bununla da daha az qorunur. 

Əlavə edək ki, ötən il gəlir baxımından TOP-da qərarlaşan kripto şirkəti FTX müflis olduğunu elan etmişdi.

Related posts

Bankların xalis mənfəətinin həcminə görə renkinqi – II rüb/2024

“Milliön” Yevlax Xidmət Mərkəzi yerli əhalinin ixtiyarına verilib

Visa ABB-nin layihələrini mükafatlandırdı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı