Dünyada nüvə enerjisindən istifadə imkanları artacaq

ABŞ Enerji İnformasiya İdarəsinin (EIA) yaydığı məlumata əsasən,  hazırda dünyadakı nüvə elektrik stansiyalarından (NES) illik 383 gigavatlıq enerji hasil edilir və bunun 10 il ərzində 59 gigavat artacağı gözlənilir.

Məlumatda qeyd edilir ki, hazırda qlobal səviyyədə 31 ölkədə 441 NES mövcuddur. Artımın isə 15 ölkədə inşası davam edən 60 NES hesabına baş verəcəyi bildirilib.

NES-lərin sayına görə, Asiya birinci yerdədir ki, buradakı stansiyaların əksər hissəsi Çində yerləşir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır