Dünyanın ən çox səyahət edilən şəhərləri hansılardır?

“Euromonitor International” tərəfindən yayımlanan və dünyanın ən çox səyahət edilən şirkətlərinin sıralamasını özündə əks etdirən hesabatda ilk yeri Honk Konq şəhəri tutub. 400-dən çox şəhərdə keçirilən araşdırmalar əsasında ortaya çıxan hesabatın statistikalarına istinadən Honk Konq şəhəri 2019-cu ildə  26.7 milyon qonaq qəbul edib.

Asiya qitəsində yerləşən digər bir məşhur turizm məkanı Banqkok şəhəri 25.8 milyon turist sayı ilə ikinci yerdə qərarlaşıb. Bu isə ötən ilə nisbətdə 7% artım deməkdir.

Üçüncü yerdə turist sayında qeydə alınan 9%-lik artım ilə Makau şəhəri qərarlaşıb. Sinqapur şəhəri 19.7 milyon turist sayı ilə dördüncü ən çox səyahət edilən şəhər seçilib.

Siyahının ilk beşliyində yer alan yeganə Avropa şəhəri Böyük Britaniyanın paytaxtı olan London şəhəri olub. London şəhəri 2019-ci il ərzində 19 milyon 560 minə yaxın turist qəbul edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır